Azərbaycanın iki boksçusuna ağır cəza verildi

Azərbaycan boksçuları Ömər Aslanlı və Məsud Yusifzadə antidopinq qaydalarını pozduqlarını üçün cəzalandırılıb.
Bu barədə Defakto.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24 ay müddətinə diskvalifikasiya edilib.
M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə cəzalanıb.