Polis keçmiş məhkumu saxladı: 2 kiloqrama yaxın heroin aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Defakto.aza bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.