Ağdamda yanğına səbəb olan şəxs saxlanılıb

image

Ağdam rayonunun Xındırıstan kəndi ərazisində 6 hektar biçilmiş əkin sahəsində yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Defakto.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub. S.Əmirov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.