Çin liderindən ABŞ-a ÇAĞIRIŞ - Ehtiyyatlı olun, yoxsa...

"Birləşmiş Ştatlar Tayvan məsələsinə böyük ehtiyatla yanaşmalı və separatçıların ABÇ-ı Çinlə münaqişəyə sürükləməsinə imkan verməməlidir".
Defakto.az xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı deyib.
"ABŞ Tayvan məsələsində diqqətli olmalı və çox az sayda Tayvan separatçılarının Çin və ABŞ-ı təhlükəli münaqişə və qarşıdurma vəziyyətinə sürükləməsinə imkan verməməlidir", - Çin lideri deyib.
Si Cinpinq və Tramp arasında söhbət iyunun 5-də Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. ABŞ Prezidentinin sözlərinə görə, dialoqun əsas mövzusu ticarət əlaqələri olub. Nə o, nə də Çin lideri Ukrayna münaqişəsindən, nə də İranla yaranmış vəziyyətdən danışıb.
Mayın 30-da Tramp bildirib ki, Si Cinpinqlə söhbətdən sonra ölkələr arasında ticarət fərqlərini həll etmək mümkün olacaq. Eyni zamanda deyib ki, hazırda ABŞ və Çin iki ölkə liderləri arasında telefon danışığını koordinasiya edir.(publika.az)