Uşaqlarının gözü önündə analarını öldürdü

image

Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

Defakto.az milli.az-a istinasən xəbər verir ki, ilkin məlumata görə qadın həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.

Mərhumun qardaşının sözlərinə görə, Zəhra Əliyeva 9 aydır ki, valideynlərinin evində yaşayırmış və boşanma ərəfəsində idi:

"Səhər saatlarında həyat yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar. Evə gələndə onu yerdə qan içində gördüm. 3-4 aydır məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Hadisə uşaqların gözü qarşısında baş verib."

Qeyd edək ki, Zəhra Əliyeva Həsrət Əliyevlə ailə həyatı qurduqdan sonra atasının evində birgə yaşayıblar. Onların 3 və 13 yaşlı iki övladı var.

Cinayəti törətdikdən sonra Həsrət Əliyevin hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.