Dani Alves karyerasını Rusiyada davam etdirəcək

image

Dani Alves karyerasını Rusiyada Medialiqa klublarından birində davam etdirəcək.

Defakto.az Offsideplus.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə hazırda son danışıqlar gedir. Tərəflər məvacibdə razılıq əldə etsə, keçid baş tutacaq.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Alves Rusiya təmsilçisindən şəxsi sürücü, avtomobil və bahalı otel otağı da tələb edib.

Qeyd edək ki, 42 yaşlı oyunçu futbol tarixinin ən titullu futbolçularından biridir.

O, 2024-cü ildə cinsi qısnamaya görə 13 aylıq azadlıqdan məhrum edilib.