Daha bir yığma ilk dəfə dünya çempionatına vəsiqə qazandı

image

Asiya zonası üzrə iki yığma dünya çemıpionatına vəsiqə qazanıb.

Defakto.az xəbər verir ki, İordaniya və Cənubi Koreya milli komandaları 2026-cı ildə keçiriləcək mundialda iştirak edə biləcək.

İordaniya tarixində ilk dəfə dünya çempionatında çıxış edəcək.

Cənubi Koreya isə Asiya zonası üzrə mundiala ən çox vəsiqə qazanan komandadır.

Qeyd edək ki, gələn il təşkil olunacaq çempionata ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Turnirdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

Əlavə edək ki, Azərbaycan yığma komandası 2 il öncə keçirilən yoldaşlıq qarşılaşmasında İordaniyanı 2:1 hesabı ilə məğlub etmişdi.//Offsideplus.az