"Sarı-qırmızılar"dan iki transfer "bomba"sı birdən

"Qalatasaray" eyni anda həm Viktor Osimhen, həm də Leroy Sane ilə danışıqları davam etdirir.
Defakto.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" nigeriyalı hücumçuya astronomik maaş təklif edib. O, bunu qəbul etsə, bonuslarla birlikdə ilinə 26 milyon avro qazanacaq.
Hazırda "Əl-Hilal"la Osimhenin danışıqları dayanıb.
Bu yay "Bavariya" ilə müqaviləsi bitən L.Saneyə isə ən yaxşı təklifi "Qalatasaray" verib. İstanbul klubu ona illik 10 milyon avro ney məvacib önərib. Münhen klubu ona bu məbləği ödəməyi düşünmür.
Sane "Qalatasaray" haqda məlumat toplamağa başlayıb.