100 yaşında xərçəngə qalib gəldi, 101-də sürücülük üçün imtahan verdi - FOTO

image

ABŞ-də yaşayan Leyn Horviçə 100 illik yubileyindən az sonra süd vəzi xərçəngi diaqnozu qoyulub.

Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, Horviç 100 illik yubileyindən qısa müddət sonra gecə köynəyini geyinərkən sinəsində şiş görüb və şübhələnib. 

Nəvəsinin dəstəyi ilə o, mamoqrafiyadan keçib və 1-ci mərhələdə döş xərçəngi diaqnozu qoyulub. 

Həkimlər ona üç variant təklif ediblər: Heç bir şey etmə, dərman və ya əməliyyat. 

100 yaşlı qadın əməliyyatı seçib.

Əməliyyatdan sonrakı dövrü problemsiz keçən Horviç kimyaterapiya və şüa müalicəsinə ehtiyac duymadan tam sağalıb. Onun qətiyyəti, harmoniyası və aktiv həyat tərzi həkimləri də təəccübləndirb.

Layne Horviç uzun ömrünü sağlam qidalanma, müntəzəm idman, müsbət perspektiv və möhkəm ailə bağları ilə əlaqələndirir. 92 yaşına qədər müntəzəm tennis oynayan Horviç hələ də aktiv həyat sürür. O, kitab oxuyur, kart oyunları oynayır və gündəlik işlərini müstəqil şəkildə davam etdirir.

101-ci doğum günündə sürücülük vəsiqəsi imtahanını verən Leyn Horviç üç qızı, yeddi nəvəsi və yeddi nəticəsi ilə yaşamağa davam edir. Onun ən böyük arzusu odur ki, onun hekayəsinin digər qadınlara erkən diaqnozun və müntəzəm müayinələrin vacibliyini başa düşməyə kömək etsin.

Billurə