Tramp Rusiya və Ukraynanı sanksiyalarla hədələdi

“Rusiya Ukraynaya növbəti dəfə hücum etməyə hazırlaşır və bunu Ukrayna Təhlükəsizlik Xidmətinin “Şəbəkə” əməliyyatına cavab kimi qiymətləndirir.”
Defakto.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə görüşündə deyib.
O qeyd edib ki, Vaşinqton və Berlin Ukraynada tökülən qandan narahatdırlar, lakin sonda bunun qarşısını ala biləcəklərinə inanırlar.
"Putin böyük zərbə aldı və mən onun oyun oynadığını düşünmürəm. O onların hücum etməkdən başqa çarəsi olmadığını dedi. Yəqin ki, bu, çox da xoş olmayacaq. Mə ona bunu etməməli olduğunu deyərək etməməyini xahiş etdim. Beynimdə Rusiyaya qarşı sanksiyalar üçün son tarix var. Biz çox sərt olacağıq. Bu, hər iki ölkəyə təsir edə bilər", - Tramp deyib.