Özbəkistan millisi tarix yazdı

image

Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Defakto.az xəbər verir ki, özbəkistanlı futbolçular DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində BƏƏ ilə səfərdə 0:0 hesablı heç-heçə ediblər.

Bununla da, Özbəkistan millisi 18 xal toplayaraq A qrupunda ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan (14 xal) BƏƏ komandası Özbəkistan yığmasını qabaqlamaq şansını itirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.