Pentaqon güclü aviabomba sınaqdan keçirdi

image

ABŞ-nin “B-2 Spirit” çətin müşahidə olunan bombardmançı təyyarəsi su səthində olan böyük düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulmuş güclü “Quicksink” aviabombasını sınaqdan keçirib.

Defakto.az” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinə istinadən “Newsweek” nəşri məlumat yayıb.

“Hərəkətsiz və ya hərəkətdə olan gəmiləri vurmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni “Quicksink” silahını yaratdıq”, - ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Allvin bildirib.

“Çinin Sakit okeanda ABŞ-yə meydan oxuyaraq dəniz donanmasını sürətlə böyütməsi fonunda Birləşmiş Ştatların “gözəgörünməz” bombardmançı təyyarəsi bu yaxınlarda döyüş gəmilərini batırmaq üçün nəzərdə tutulmuş “inqilabi” silahı sınaqdan keçirib. “Quicksink” kimi tanınan yeni silah dəniz hədəflərini tez və effektiv şəkildə batırmağa qadirdir”, - ABŞ Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyasının press-relizində deyilir.

Nəşr qeyd edir ki, hazırda Çin donanması 370 gəmi və sualtı qayıqla ABŞ Hərbi Dəniz Qüvvələrini üstələyir.

“Quicksink” - açıqlanmayan xüsusiyyətləri sayəsində böyük döyüş gəmilərini məhv etməyə zəmanət verən aşağı qiymətli, dəqiqliklə idarə olunan bomba yaradılması proqramıdır. ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının məlumatına görə, bombanın sınağı aprelin sonunda Florida yaxınlığında Atlantik okeanında, həmçinin ötən il Sakit okeanda aparılıb.