Gəncə həbsxanasında məhkum öldü

image

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.

Defakto.az Teleqraf-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Vədət Vaqif oğlu Sadıqov təcridxanada dünyasını dəyişib.

İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.

Məlumata görə, o, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilibmiş.