Toyda döyülən şəxs xəstəxanada vəfat edib

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.
Defakto.az "Report"a istinadla xəbər verir ki, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.
Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.
O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.