Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır

image

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş "Mach Havacılık” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.

Defakto.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, ləğv olunduğunu elan edən "Mach Havacılık” kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

Xatırladaq ki, "Mach Havacılık” ötən ilin may ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 34 000 000 manatdır. Şirkətə Türkiyə Respublikası vətəndaşı Mehmet Ali Nart rəhbərlik edib. Mehmet Ali Nart Türkiye Teknoloji Takımının İdarə heyətinin üzvüdür.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ev.1, "Adore Plaza”, IV mərtəbədə yerləşir.