72 yaşlı azarkeş matç zamanı vəfat etdi

image

İngiltərə Premyer Liqasının ilk turunun “Fulhem”lə oyununda “Brayton” azarkeşi dünyasını dəyişib.

Defakto.az” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Belə ki, 72 yaşlı kişi stadionda həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

“Matçın inanılmaz dərəcədə kədərli sonu oldu. Mərhumun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk”, - “Brayton”un baş icraçı direktoru Pol Barber deyib.

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.