Türkiyə Superliqası: "Fənərbağça" "Trabzonspor"u qol vurmağa peşman etdi

image

Türkiyə Superliqasının 30-cu həftəsi "Fənərbağça" - "Trabzonspor" oyunu ilə yadda qalıb.

Defakto.az xəbər verir ki, oyunda hesabı Trabzon təmsilçiləri açsalar da, meydan sahibi olan İstanbul klubu ardıcıl 4 qolla geridönüş edərək qələbəyə imza atıb - 4:1.

"Sarı-lacivərd"lərin heyətində Taliska het-trik edərək komandasının uğurunda mühüm pay sahibi olub.

Bu nəticədən sonra Joze Mourinyonun yetirmələri 68 xalla yarış cədvəlində lider "Qalatasaray"ı izləyir. "Fənər" əzəli rəqibindən 3 xal geri qalır. "Trabzonspor" isə 36 xalla 11-cidir.