Kürdəmirdə iki avtomobil TOQQUŞUB - Xəsarət alanlar var

image

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Defakto.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç nəfərin xəsarət aldığı hadisənin baş verməsinə səbəb kimi Ağsu istiqamətində hərəkətdə olan minik avtomobilinin dönmə əməliyyatı edən yük maşınına çırpılması göstərilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Defakto.az-ın sorğusuna cavab olaraq xəsarət alanlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edildiyi qeyd olunub.

"Martın 6-sı, saat 21:45-də yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1963-cü il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

1971-ci və 1972-ci il təvəllüdlü şəxslərə isə zəruri tibb yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar",- deyə məlumatda bildirilir.

Əzizə İsmayılova