Ukraynada iranlılar da döyüşür? - Görüntülər yayıldı

Ukraynada Rusiya Silahlı Qüvvələrlə ilə yanaşı iranlı muzdluların da döyüşdüyü iddia edilir. Bununla bağlı yayılan videogörüntülərdə fars dilində danışan hərbçinin ruslarla ünsiyyət qurmaqda çətinlik çəkdiyi əks olunub.
Defakto.az "Azad İran"a istinadən xəbər verir ki, videonun 50-ci saniyəsində həmin şəxs ayağının zədələnməsindən şikayət edərək, farsca danışmağa başlayır.
Qeyd edək ki, İranın Rusiyaya göstərdiyi hərbi dəstək uzun müddətdir ki, beynəlxalq səviyyədə müzakirə mövzusudur. Belə ki, Tehranın Moskvaya "Şahed" kamikadze dronlarının tədarükü ilə yanaşı maliyyə yardımı da etdiyi bildirilir.