Bakıda "Pobeda"lar satışa çıxarıldı - QİYMƏT

İyulun 2-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Defakto.az xəbər verir ki, auksion Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında olacaq.
Hərraca 3 nəqliyyat vasitəsi - 4000 manat və 2000 manat olan "Gaz M20 Pobeda", 2500 manat olan "Gaz 21" çıxarılacaq.
Sifarişlər ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
Tədbir İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək.