Abşeronda yaşayış binalarına yaxın ərazidə yanğın baş verib

image

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinə yaxın ərazidə yanğın hadisəsi qeydə alınıb.

Defakto.az APA--ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis qüvvələri cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğının yaxınlıqdakı yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.