İngiltərə kilsəsi restlinq yarışları təşkil edir

image

İngiltərənin Şipli şəhərindəki Müqəddəs Pyotr anqlikan kilsəsi inanclı insanları cəlb etmək üçün restlinq (səhnələşdirilmiş əlbəyaxa döyüşlər - red.) yarışları təşkil etməyə başlayıb.

Defakto.az xəbər verir ki, bununla bağlı məlumat "Associated Press" tərəfindən yayılıb.

Təşəbbüsün müəllifi 37 yaşlı keşiş Qaret Tompsondur. O iddia edir ki, restlinq və İsa Məsih onun həyatını xilas edib.

Qaret öz tədbirlərini "Restlinq Kilsəsi" adlandırıb və onları 2022-2024-cü illərdə kilsəyə çevrilmiş keçmiş gecə klublarında təşkil edib. Daha sonra o, döyüşləri həqiqi kilsəyə köçürmək üçün razılıq əldə edib.