Bu ölkədə göyərçin yemləmək qadağan edildi, səbəb isə...

image

Hindistanın qərbində yerləşən Mumbay şəhərində göyərçinlərin ictimai yerlərdə yemlənməsi qadağan edilib.

Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, bu ölkədə 2000-ci ildən bəri göyərçin populyasiyasının 150%-dən çox artdığı bildirilir. Bunun ciddi ekoloji və sağlamlıq problemləri yaratdığı deyilir.

Tədqiqatçılar göyərçin nəcislərinin pnevmoniya, göbələk infeksiyaları və daimi tənəffüs problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Hindistanda 2023-cü ilin hesabatına görə, hər bir göyərçin ildə 15 kiloqrama qədər nəcis buraxa bilər.

Ötən illərdə Dehlidə bir uşağın göyərçin nəcisinə uzun müddət məruz qalması nəticəsində ölməsi mütəxəssislərin narahatlıqlarını artırıb.

Billurə