Sakit okeanda İkinci Dünya müharibəsində batmış sualtı qayıq aşkar edilib

image

Rusiyanın Sakit Okean Donanması İkinci Dünya müharibəsi illərində batmış "Malyutka" sualtı qayığını aşkar edib.

Defakto.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Sakit Okean Donanmasının mətbuat xidməti yayıb.

"Aşkar edilmiş sualtı qayığın Sakit Okean Donanmasının "M-49" sualtı qayığı olduğu ehtimal edilir, onunla əlaqə 1941-ci il avqustun 16-da kəsilib. "M-49" sualtı qayığında olan 22 nəfərdən ibarət ekipaj həlak olub", - deyə məlumatda bildirib.