Cem Yılmazdan gözlənilməz addım

image

Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz "X" sosial şəbəkə hesabını bağlayıb.

Bu barədə Defakto.az Türkiyə KİV-ə istinadla xəbər verir.

Son günlər ölkə gündəmindəki məsələlər ilə bağlı tez-tez tənqid edilən C.Yılmaz 16 milyondan çox izləyicisi olan hesabını bağlamaq qərarına gəlib.

O, Türkiyənin bir sıra məşhur simaları kimi "Bluesky" sosial şəbəkəsinə keçib.

Qeyd edək ki, türkiyəli məşhurlar son günlər sözügedən sosial şəbəkədə hesab açmağa başlayıblar.