Kreml Ərdoğan-Putin telefon danışığının təfərrüatlarını açıqladı

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarını axtarmağa hazır olduğunu təsdiqləyib.
“Defakto.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon söhbətindən sonra məlumat yayıb.
“Vladimir Putin münaqişənin siyasi və diplomatik həllinin tapılmasına dair prinsipial öhdəliyini təsdiqləyib”, - məlumatda bildirilir.
Putin, həmçinin İstanbulda Rusiya-Ukrayna danışıqlarını davam etməyə hazır olduğuna görə Ərdoğana təşəkkür edib.
Xatırladaq ki, iki ölkə lideri arasında iyulun 18-də telefon danışığı olub.