Ukrayna ordusunun azərbaycanlı hərbçisi həlak olub

image

Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.

Defakto.az "Report"a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.

Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.