Bill Qeyts sevgilisi ilə göründü

image

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts sevgilisi Paula Herd ilə birlikdə "Breakthrough Prize" mükafat mərasiminə qatılıb.

Defakto.az xəbər verir ki, cütlüyün fotoşəkilləri "Fairchild Media"da yayımlanıb.

Santa Monikada keçirilən 11-ci mükafatlandırma mərasimində iştirak edən Qeyts və Herd fotoqraflar qarşısına çıxıblar.

Xatırladaq ki, Qeyts ilk dəfə olaraq Paula Herd ilə münasibətlərindən fevral ayında danışıb:

"Mən çox şanslıyam ki, Paulam var. Biz birlikdə olanda heç vaxt cansıxıcı olmur. Olimpiya Oyunları kimi tədbirlərə gedirik və bir çox maraqlı işlər görürük" - o qeyd edib.

Bill Qeyts 2022-ci ildə 27 illik evlilikdən sonra Melinda Frenç Qeyts ilə boşanıb.