40 min zəvvar yoxa çıxdı

Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığı açıqlanıb.
Defakto.az Milli.az-a istinadla xəbər verir ki, bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoxa çıxan zəvvarların İranla əlaqəli olduğu bildirilib. Bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə - "Zeynəbiyyun" və "Fatimiyun" adlı hərbi qruplaşmalara cəlb olunub.
Bu qruplar uzun illərdir Pakistan və Əfqanıstan gənclərini ziyarət adı ilə İrana gətirir, daha sonra isə onları SEPAH-a məxsus hərbi təlim düşərgələrinə yerləşdirərək müxtəlif hərbi və ideoloji təlimlərə cəlb edirlər.