Jurnalist canlı yayımda itkin düşən şəxsin cəsədini tapdı - VİDEO

Braziliyada jurnalist itkin düşən şəxslə bağlı canlı yayım edərkən onun meyitini tapıb.
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, 13 yaşlı Raissanın itməsi ilə bağlı reportaj hazırlamaq məqsədilə jurnalist Lenildo Frazao yeniyetmənin dostları ilə çimdikdən sonra itkin düşdüyü Mearim çayının yanına gedib.
Müxbir canlı yayım zamanı sinəsinə qədər suya girib. O bu zaman ayağının yumşaq bir şeyə toxunduğunu hiss edib. O, təsadüfən citkin düşən şəxsin meyitini aşkarlayıb.
Hadisədən sonra dərhal hərbi yanğınsöndürmə bölməsinə məlumat verilib. Dalğıclar səhər çayda axtarış aparıb və Raisanın cəsədini tapıblar.
Yerli mənbələrin məlumatına görə, Raissa dostları ilə üzərkən qəfil panikaya düşüb və qışqıraraq kömək istəyib. Dostları onu xilas edə bilməyib və kömək çağırmağa gediblər, lakin onlar qayıdanda yeniyetməni çayda tapmayıblar.
Billurə Yunus