Azarov: Qərb Rusiyaya hücuma hazırlaşır

Qərb ölkələrinin 2030-cu ilə qədər Rusiyanın hücumuna hazırlaşmaqla bağlı açıqlamaları onların özlərinin hücum planları üzərində işlədiklərini göstərir.
Defakto.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarov deyib.
“Qərbdə tez-tez deyirlər ki, 2030-cu ilə qədər Rusiyanın gözlənilən hücumuna hazırlaşmalıdılar. Rusiyanın NATO ölkələrinə, ABŞ-a hücumu məntiqi baxımdan mümkün deyil. Belə israrla deyirlərsə ki, Rusiya hücuma keçəcək, deməli, onlar özləri belə addım planlaşdırırlar. Başqa izahı yoxdur”, - o bildirib.(axar.az)