Laçında ağır qəza, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

image

Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

Defakto.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.