Azərbaycan klubu bütün futbolçularla yollarını ayırıb

“Şahdağ Qusar” futbol klubu bütün futbolçuları ilə müqaviləyə xitam verib.
Defakto.az-ın məlumatına görə, bu barədə klubun rəsmi instaqram hesabında bildirilib.
"Son mövsümlərdə "Şahdağ"ın adını futbolumuzun zirvəsinə həkk etmək üçün göstərdiyiniz əzmkarlıq və fədakarlıq heç vaxt unudulmayacaq. "Şahdağ Qusar" Futbol Klubu olaraq bütün futbolçu heyətinə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayırıq.
Yeni futbol mövsümü ilə bağlı yaxın günlərdə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.