Türkiyə yenə uduzdu – Yenilənib | DEFAKTO.AZ Türkiyə yenə uduzdu – Yenilənib – DEFAKTO.AZ

Türkiyə yenə uduzdu – Yenilənib

11

İsveçrə və Türkiyə yığmaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək “Avro-2020”nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

“Defakto.az” xəbər verir ki, Türkiyə millisinin start “11-də” meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxacaqlar.

İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Xerdan Şakiri yer alıblar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

***

Matç başladı.

***

İsveçrə hesabı açdı. 6-cı dəqiqədə Haris Seferoviç fərqlənməyi bacardı. 

***

Xerdan Şakiri 26-cı dəqiqədə ikinci qolu Türkiyənin qapısından keçirdi. 

***

Birinci hissə başa çatdı.

***

İkinci hissə başladı. 

***

Türkiyə hesabı 2:1 edir. İrfancan Kahveci 62-ci dəqiqədə fərqləndi. Bu, Türkiyə millisinin “Avro-2020″də vurduğu ilk qol olub.

***

İsveçrə 3-cü qolu vurdu. 68-ci dəqiqədə Xerdan Şakiri hesabı 3:1 edir. 

***

Matç başa çatdı. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir