Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı | DEFAKTO.AZ Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı – DEFAKTO.AZ

Azərbaycanda klubun baş məşqçisi cəzalandırıldı

2




“Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, buna mütəxəssisin II Liqada XXII turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400 manat cərimə edilib.