Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub – FOTO/VİDEO | DEFAKTO.AZ Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub – FOTO/VİDEO – DEFAKTO.AZ

Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olunub – FOTO/VİDEO

3




Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul olmaqda şübhəli bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən DEFAKTO.az-a bildirilib.

Vurğulanıb ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı oradan beş kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.