Azərbaycanda qeyri-adi yol nişanı – Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO | DEFAKTO.AZ Azərbaycanda qeyri-adi yol nişanı – Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO – DEFAKTO.AZ

Azərbaycanda qeyri-adi yol nişanı – Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO

3




Şirvan şəhərində qoyulan yol nişanı hər kəsi təəccübləndirib.

DEFAKTO.az xəbər verir ki, bununla bağlı görüntü sosial şəbəkədə paylaşılıb. 

Məsələ ilə bağlı Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan bələdiyyəsinə sorğu ünvanladıq.

Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin ərazi müqavilə əsasında icarəyə verilib. Hər zaman da parklanma ərazisi olub.

“Hazırda Azərbaycanda deyiləm, rəsmi səfərdəyəm. Hər hansı sualınız varsa, mətbuat xidməti ilə əlaqə saxlayın”.

Sorğumuzu Şirvan Şəhər İcra hakiminin müavini Orxan İbrahimova ünvanladıq. Orxan İbrahimov bildirdi ki, “Hazırda əlimdə işim var, vaxtım yoxdur. İşim bitsin, maraqlanaram”.

Fotonu təqdim edirik:

Əzizə İsmayılova