Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb” | DEFAKTO.AZ Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb” – DEFAKTO.AZ

Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”

7




“Tavuş və Qazax arasındakı ərazidə sərhədin delimitasiyası prosesi texniki cəhətdən başa çatıb”.

Bu barədə Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Armen Xaçatryan bildirib.

O qeyd edib ki, texniki baxımdan tamamlama Ermənistan-Azərbaycan sərhədinin keçdiyi hissənin Alma-Ata bəyannaməsinə uyğun olaraq müəyyən və təsdiq edilməsi deməkdir.

“Yəni, bu sütunlar Sovet Ermənistanı ilə Sovet Azərbaycanı sərhədindəki keçid məntəqələrində quraşdırılıb”, –  deyə Xaçatryan qeyd edib.

Mənbə: Ermənistan KİV