"Neftçi" rumıniyalı müdafiəçini transfer edib

image

“Neftçi” növbəti transferini reallaşdırıb.

Klubdan Defakto.aza verilən məlumata görə, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub.

O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.