"Zirə" UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib

image

Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.

Klubdan Defakto.aza verilən məlumata görə, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.

Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.