Rəşad Sadıqov tapmışdı, 1,3 milyon avroya satdılar

image

Son mövsümü ikinci pillədə başa vuran “Zirə” futbolçusu Salifu Sumanı  başqa kluba satıb.

Defakto.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 21 yaşlı hücumçu İsveçin “Malmö” klubuna transfer olunub.

Bu keçid üçün İsveç təmsilçisi Azərbaycan klubuna 1,3 milyon avro ödəyib. Bu, “Zirə”nin tarixində rekord transfer məbləğidir.

Qeyd edək ki, Salifu Suma demək olar ki, peşəkar karyerasına “Zirə”də başlayıb. Futbolçu Azərbaycan təmsilçisinə keçənə qədər peşəkar futbolçu kimi cəmi 12 dəqiqə meydanda olub. Onu Rəşad Sadıqovun tapıntısı adlandırırdılar.