Sumqayıtda kişi döyülərək öldürülüb, iki oğlu şübhəli bilinir

Sumqayıtda iki qardaş atalarını döyərək qətlə yetirməkdə şübhəli bilinir.
Defakto.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Zeyd Aslan oğlu Bədirov və onun qardaşı, 2009-cu il təvəllüdlü Saleh Aslan oğlu Bədirov ailə münaqişəsi zəminində ataları - 1981-ci il təvəllüdlü Aslan Akif oğlu Bədirovu döyərək qətlə yetiriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.