İlon Mask "McDonald's"la rəqabətə başladı: "Tesla" restoranı açdı

"Tesla" Hollivudda ilk "Diner&Drive-In" restoranını açıb.
Defakto.az Valyuta.az-a istinadən xəbər verir ki, bu retro-futuristik müəssisə təkcə yemək deyil, həm də "Tesla" elektrik avtomobilləri üçün şarj təklif edir.
Restoranda 80 dördüncü nəsil "Tesla Supercharger" doldurma stansiyası olacaq. Ziyarətçilər klassik burgerlər və hot-doqlar sifariş edə, həmçinin 540 düymlük ekranlarda filmlərə baxa bilərlər. Bundan əlavə, restoranda brend mallar və "Tesla Optimus" robotu nümayiş olunacaq.
Restoranlar təkcə "Tesla" sahibləri üçün deyil, həm də piyadalar üçün açıqdır. Qeyd olunur ki, açılış günü girişdə növbələr yaranıb ki, bu da yüksək marağın və mümkün turizm potensialından xəbər verir.
Qonaqlar birinci mərtəbədə və binanın damındakı açıq havada yerləşən "Skypad" terrasında 250 oturacaqdan istifadə edə bilər. Onlar həmçinin işçilər tərəfindən çatdırılan yeməklərlə avtomobilində qəlyanaltı edə bilər. Avtomobildə sifariş vermək üçün maşının ekranında mövcud olan "Tesla Diner" proqramından istifadə olunmalıdır.
İlon Mask bildirib ki, restoran uğurlu olarsa, "Tesla" dünyanın böyük şəhərlərində və "Supercharger" stansiyalarının yaxınlığındakı magistral yollarda oxşar müəssisələr açacaq.