“Gəlin, AMEA-dakı vəziyyəti öz gözünüzlə görün” – Gövhər Baxşəliyeva | DEFAKTO.AZ “Gəlin, AMEA-dakı vəziyyəti öz gözünüzlə görün” – Gövhər Baxşəliyeva – DEFAKTO.AZ

“Gəlin, AMEA-dakı vəziyyəti öz gözünüzlə görün” – Gövhər Baxşəliyeva

54

Sabiq deputat, akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edəcək. AMEA Rəyasət Heyətinin bu gün qəbul etdiyi qərara əsasən, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Yeni təyinat barədə Defakto.az-a danışan Gövhər Baxşəliyeva AMEA ətrafında qərəzli məlumatların yayıldığını deyib. O bildirib ki, kimlərsə qəsdən Akademiya haqqında mənfi fikirlər yaradır.

“AMEA öz fəaliyyətini gücləndirir. Kim AMEA haqqında mənfi fikirlər yaradır, onların burada gedən böyük işlər barədə ya xəbərləri yoxdur, ya da bilərəkdən qərəzli şəkildə təhdid edirlər. Mən jurnalistləri dəvət edirəm ki, gəlib akademiyada görülən işlərlə yaxından tanış olsunlar, vəziyyəti öz gözləri ilə görsünlər. Sonra gördüklərini işıqlandırsınlar. Elmsiz xalq Afrika qəbilələrinin səviyəsinə düşür. Elm akademiyada inkişaf edir, yetərli qədər nailiyyətlərə imza atılıb. Bundan sonra da uğurlar davam edəcək. Təəssüf edirəm ki, kimlərsə məqsədyönlü şəkildə AMEA haqqında mənfi rəy yaradır”.

Qeyd edək ki, bir müddətdir AMEA ətrafında qalmaqallar səngimir. Belə ki, AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri Kərim Şükürov haqqında söylədiyi fikirlər geniş ictimai əks-sədaya səbəb olmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir