Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu | DEFAKTO.AZ Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu – DEFAKTO.AZ

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

3




Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır.

Bu qənaətə “World Weather Attribution” (WWA) təşkilatının analitikləri gəliblər.

Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir. Lakin ekoloqların fikrincə, aprelin 15-16-da yağan yağışlar atmosferə atılan istixana qazlarının miqdarını daha da artırıb. Mütəxəssislər izah edirlər ki, hava nə qədər isti olsa, buludlarda su bir o qədər çox olar. Nəticədə, yağıntılar sənaye sektorunun inkişafından əvvəlki dövrlə müqayisədə 10-40 faiz daha intensiv olub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Qrupunun verdiyi məlumata görə, bütün dünyada yağıntılar temperatur yüksəldikcə daha da şiddətlənir və tez-tez olur. Eyni zamanda, alimlər proqnozlaşdırırlar ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hər il 30 faiz daha çox yağış yağacaq. Beləliklə, WWA son fırtınanın hava manipulyasiyası nəticəsində baş verdiyinə dair versiyanı – “bulud səpmə” proqramını təkzib edib.

Mənbə: Bloomberg