“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? – VİDEO | DEFAKTO.AZ “Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? – VİDEO – DEFAKTO.AZ

“Nicat Lənkəranski” ləqəbi ilə tanınan şəxsə neçə il həbs cəzası verildi? – VİDEO

3

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“DEFAKTO.az”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı N.Əkbərovun beş il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Əkbərov bir il bir ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunub.

Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanıb.