Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib – VİDEO | DEFAKTO.AZ Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib – VİDEO – DEFAKTO.AZ

Premyer Liqa: “Sabah” doğma meydanda “Səbail”ə qalib gəlib – VİDEO

5




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.

DEFAKTO.az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar – “Sabah” və “Səbail” kollektivlərinin duelində birincilər qələbə qazanıb – 2:0.

“Bank Respublika Arena”da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. “Dənizçilər” isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.