ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi açıqlanıb | DEFAKTO.AZ ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi açıqlanıb – DEFAKTO.AZ

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi açıqlanıb

3




Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu beş şirkətlə (TOP-5 şirkət) bağlı məlumat verib.

DEFAKTO.az-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə TOP-5 şirkətlərin səhmləri üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.

– “Microsoft” (494 milyon ABŞ dolları)

– “Apple” (419 milyon ABŞ dolları)

– “NVIDIA” (371 milyon ABŞ dolları)

– “Amazon” (279 milyon ABŞ dolları)

– “Meta platforms” (179 milyon ABŞ dolları)

“Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib”, – deyə fondun cavabında bildirilib.