Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB | DEFAKTO.AZ Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB – DEFAKTO.AZ

Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

9

Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından DEFAKTO.az-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

18:12

Bərdədə yeddi yaşlı uşağı it dişləyib.

DEFAKTO.az xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.