“Atletiko” üç xalı üç qolla aldı – VİDEO | DEFAKTO.AZ “Atletiko” üç xalı üç qolla aldı – VİDEO – DEFAKTO.AZ

“Atletiko” üç xalı üç qolla aldı – VİDEO

3




Madriddə İspaniya çempionatının 33-cü turunun “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) matçı baş tutub.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubunda qolları Rodriqo De Paul (15-ci dəqiqə) və Anxel Korrea (52-ci dəqiqə) vurub. Daha bir qolu isə “Atletik”in futbolçusu Unai Simon (80-ci dəqiqə) öz qapısına göndərib.

Bilbaoluların yeganə qolu Niko Uilyams (45-ci) vurub.

Beləliklə, madridlilər artıq 33 oyundan 64 xal toplayıb. Dieqo Simeonenin komandası La Liqada dördüncü pillədə qərarlaşıb. “Atletik”in eyni sayda matçan görə 58 xalı var. Ernesto Valverdenin yetirmələri turnir cədvəlində beşinci yerdədir.